Hindistandan gətirilən ət: görün harada istifadə olunur

Hindistandan gətirilən ət: görün harada istifadə olunur

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistandan ümumilikdə 4 milyon 421 min dollar dəyərində 1 705 ton mal əti alıb . Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 ton ətin idxal qiyməti son bir ildə 9,8% azalıb. Hindistandan 1 kiloqram ətin idxalı 4,41 manata, 2022-ci ilin eyni dövründə 5,49 manata (1,08 manat ucuzlaşma) başa gəlib (fed.az).

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, Hindistandan gətirilən ət təhlükəsizdir.

Onun sözlərinə görə, idxal olunan həmin ətlər əksər hallarda camış əti olur və kolbasa məhsullarının hazırlanmasında istifadə olunur.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı araşdırmalar nəticəsində məlum olub ki, bəzi istehsalçılar kolbasa ət məmulatlarının etiketinə mal əti yazıblar. Əslində, bu da səhv deyil. Çünki hər ikisi iribuynuzludur. Bununla bağlı müəyyən cərimələr də tərtib edilib. Hazırda kolbasa və sosiskaların üzərinə tərkibində camış ətinin olduğu qeyd edilir. Lakin istisna deyil ki, bəzi işbazlar bu ətdən harada və necə istifadə edirlər. Amma hesab edirəm ki, camış əti inək ətindən də sağlamdır”, – AİB sədri qeyd

Leave a Reply